EN

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Chosen
59
11
apa.az

10Sources