EN

Maşınla piyadanı vurdu - Həyəcandan özü də öldü+Yenilənib

Goranboyda yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Əlavə edək ki, hadisəni törətməkdə şübhəli bilinən sürücü də dünyasını dəyişib. Onun infarkt keçirdiyi ehtimal edilir.

Hər iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən şəxslərin adları açıqlanıb.

Məlumata görə, ölən piyada 1964-cü il təvəllüdlü Əsgərov Gəncəli Əsgər oğludur. Hadisəni törətməkdə şübhəli bilinən və qəzadan sonra vəfat edən sürücü isə 1965-ci il təvəllüdlü Sadıqov Qəzənfər Musa oğludur.

Belə ki, G.Əsgərov sürücü tərəfindən Gəncə şəhərinə xəstəxanaya apararkən yolda, Q. Sadıqov isə Gəncə şəhərinin girişində sükan arxasında ürək tutmasından ölüb.

Yunis Quliyev

Chosen
58
5
qafqazinfo.az

10Sources