Bakı. Trend:
İtaliyanın Sardiniya adasında gün ərzində müxtəlif bölgələrdədaha 20 meşə yanğını baş verib.
Trend-inməlumatına görə, alovun söndürülməsinə mülki müdafiə qüvvələri,regional və milli donanmanın helikopterləri və təyyarələri cəlbolunub.
Medio Kampidano bölgəsində yerləşən Barumini kəndində yanğındaha geniş əraziyə yayılıb. Eyni zamanda, Sindiya bölgəsinin Nuoroqəsəbəsində də meşə yanğını davam edir və tam nəzarət altınaalınmayıb.
Qeyd edək ki, şənbə günü adada 30 meşə yanğını qeydə alınmışdı.Bu da göstərir ki, bölgədə meşə yanğınlarının miqyası vəintensivliyi artmaqdadır. Yanğınların səbəbləri və dəymiş ziyanlabağlı araşdırmalar davam edir.