EN

İsraildə iki dini partiya hökuməti tərk edir

Ultraortodoks yəhudilərin orduya çağırışı ilə bağlı fikir ayrılığı İsraildə koalisiya böhranına səbəb olub…

Ultraortodoks yəhudilərin (xaredimlərin) İsrail ordusuna çağırışı ilə bağlı yaranmış narazılıqlar səbəbilə iki dini partiya hökumət koalisiyasını tərk etməyə qərar verib.

Poliqon xəbər verir ki, bu barədə “Times of Israel” elektron nəşri məlumat yayıb.

Məlumata görə, İsrail parlamentində (“Knesset”) təmsil olunan “Yəhudilik Ha-Tora” partiyasının “Ağudat İsrail” fraksiyasının üzvləri “Deqel ha-Tora” partiyasına qoşularaq hökumət koalisiyasından çıxacaqlarını bəyan ediblər. Bu addım, hərbi çağırışa qarşı etiraz kimi qiymətləndirilir.

Xatırladaq ki, iyulun 6-da yayılan məlumata əsasən, İsrail Müdafiə Ordusu (CƏHAL) önümüzdəki bir ay ərzində dini yəhudi təhsil müəssisələrinin (yeşivaların) tələbələrinə 54 min çağırış vərəqəsi göndərməyi planlaşdırır.

İsraildə hərbi xidmət ümumi və məcburidir. Lakin “xaredim” adlanan ultraortodoks yəhudilər dini təhsil aldıqları üçün bu xidmətdən azad olunurdular. 2000-ci illərin əvvəllərindən bu imtiyazın ləğvi üçün müxtəlif addımlar atılsa da, Müdafiə Nazirliyi hər dəfə “məqsədəuyğun deyil” arqumenti ilə çağırışı təxirə salırdı.

Xaredimlərin hərbi xidmətə cəlb olunmaması digər sosial qruplar arasında uzun illər narazılıq doğururdu. Nəhayət, 2024-cü ilin iyun ayının sonunda İsrail Ali Məhkəməsi uzun proseslərdən sonra ultraortodoks yəhudilərin də hərbi xidmətə çağırılmasına qərar verdi.

Poliqon.info

Chosen
81
poliqon.info

1Sources