EN

ABŞRusiyaya qarşı yeni neft sanksiyalarına qoşulmadı – ÖZƏL 

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, ABŞ Rusiya neftinə qarşı tətbiq edilməli olan qiymət tavanının azaldılması planlarına hələlik qoşulmayıb. Olaylar.az xəbər verir ki, o, bu fikri Aİ-nin Xarici İşlər Nazirlərinin görüşünə gələn zaman səsləndirib.
"ABŞ hələlik bu qərara qoşulmayıb, lakin ABŞ olmadan da, biz bu qərarı Yeddilik qrupu ölkələri ilə birlikdə qəbul edəcəyik," - deyə Kallas bildirib.
Hazırda Aİ ölkələri Rusiya neftinin qiymət tavanını 45 dollar/barelə endirmək və ya bazar qiymətindən 15% aşağı çevik tavan qiyməti tətbiq etmək istiqamətində razılığa gəlməyə çalışır.
Kallasın sözlərinə görə, Avropa İttifaqı artıq üçüncü həftədir ki, Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiyalar paketi üzrə razılaşmaya "çox yaxın"dır: "Ümid edirəm ki, bu gün və ya sabah yekun razılıq əldə olunacaq."
Xatırladaq ki, Aİ və Yeddilik qrupu 2022-ci il dekabrın 5-dən etibarən Rusiya neftinə 60 dollar/barel tavan qiyməti tətbiq edərək, bu qiymətdən yuxarı müqavilələrlə neft daşıyan gəmilərin öz ərazilərində fəaliyyətini qadağan edib. Nəticədə, sanksiyalardan yan keçərək Rusiya neftini daşıyan və "kölgə donanması" adlandırılan xüsusi tanker qrupları formalaşıb. Aİ bu tip gəmilərə qarşı əlavə sanksiyalar tətbiq edir.
Rusiya baş nazirinin müavini Aleksandr Novak isə Aİ-nin bu addımlarını şərh edərkən bildirib ki, "Brüssel qiymət tavanını istəsə sıfıra da endirə bilər - bu, heç bir nəticə verməyəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
61
olaylar.az

1Sources