EN

14 Iyul – Tarixi Dönüş Nöqtəsi: Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi- ÖZƏL

"Azərbaycan xalqının taleyində dərin izlər buraxan, tariximizin ən önəmli dönüm nöqtələrindən biri məhz 14 iyul 1969-cu il tarixidir. Məhz bu gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, ölkənin siyasi rəhbərliyinə gəldi. Bu hadisə, Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoydu və böyük dirçəlişə aparan yolun başlanğıcı oldu". Olaylar xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: 

"Həmin dövrdə Azərbaycan ciddi sosial-iqtisadi, mədəni və siyasi problemlərlə üz-üzə idi. Sənaye geriləyirdi, kənd təsərrüfatı zəif inkişaf edirdi, infrastruktur bərbad vəziyyətdə idi, təhsildə və mədəniyyətdə gerilik özünü göstərirdi. Məhz belə çətin bir zamanda Heydər Əliyevin rəhbərliyə gəlməsi xalqın taleyini dəyişdi.Ulu Öndərin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan qısa zamanda sovet məkanında inkişaf edən respublikalar sırasına qoşuldu. İctimai-siyasi sabitlik təmin olundu, iqtisadiyyat dirçəldi, yeni sənaye müəssisələri tikildi, təhsil və mədəniyyət sahəsində əhəmiyyətli irəliləyişlər əldə edildi. Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ali məktəblərinə göndərilməsi təşəbbüsü milli kadr potensialının formalaşmasında mühüm rol oynadı.Heydər Əliyev sadəcə siyasi lider deyil, həm də xalqını düşünən uzaqgörən bir strateq idi. Onun 14 iyul 1969-cu ildə başlayan siyasi fəaliyyəti müasir müstəqil Azərbaycanın təməlinin qoyulması ilə nəticələndi. Bu səbəbdən bu tarix sadəcə bir təyinat günü deyil, həm də bir millətin taleyini dəyişən böyük dönüş nöqtəsidir.Müstəqillik illərində Heydər Əliyevin hakimiyyətə qayıdışı (1993) və həyata keçirdiyi islahatlar, 14 iyulun tarixi əhəmiyyətini daha da gücləndirdi. Çünki 1969-cu ildə başlanan xilaskarlıq missiyası 1993-cü ildən sonra da davam etdirildi və bugünkü müasir Azərbaycanın bünövrəsi məhz o strateji düşüncə və uzaq görənliklə quruldu.

Bu gün Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hər bir bölgəsində, istər siyasi, istər iqtisadi, istərsə də sosial sahədə müşahidə edilən inkişaf, Heydər Əliyev məktəbinin canlı sübutudur.
14 iyul - Azərbaycan tarixinin şərəfli bir səhifəsidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources