EN

Musiqi mərkəzlərinə qəbul imtahanlarının nəticəsi elan olunub

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub.

Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
 

Məlumatda bildirilir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

Chosen
41
41
operativmedia.az

10Sources