EN

Bəxtiyar Musayev AFFA-da şöbə müdiri təyin olundu

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-ya təyin olunub.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

O, AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi vəzifəsində çalışacaq. 

Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

Qeyd edək ki, B.Musayev futbolçu karyerası ərzində MOİK (Bakı), "Neftçi", "Turan", "Qarabağ", "Şəmkir" və "Xəzər Lənkəran"da da çıxış edib. O, Azərbaycan futbolunun təcrübəli skautlarından hesab edilir.

Chosen
18
1
teleqraf.com

10Sources