EN

Avropa üçlüyü İrana qarşı sanksiyaları bərpa edə bilər

Ən gec olmaqla avqust ayının sonlarına qədər nüvə razılaşması ilə bağlı konkret irəliləyiş əldə olunmasa Avropa üçlüyü (Böyük Britaniya, Fransa, Almaniya), İrana qarşı “snapback” mexanizmini işə salacaq.

APA xəbər verir ki, bunu Fransa Xarici İşlər Naziri Jan Noel Barro jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, “snapback” mexanizmi 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən, İranın öz öhdəliklərinə əməl etmədiyi halda Avropa üçlüyünün (Britaniya, Almaniya və Fransa) Tehrana qarşı sanskiyalar tətbiq etməsinə imkan verən mexanizmdir.

Chosen
15
3
apa.az

4Sources