Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün üçüncü yoxlama oyununa çıxacaq.
Moderator.az xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli "Çorum"la üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü"nə (2:1) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə "Qarabağ"a 0:4 hesabı ilə uduzub.
15 iyul
Yoxlama oyunu
Saat 17:00, "Zirə" - "Çorum" (Türkiyə).