EN

Kənd təsərrüfatı sahəsi üzrə biznes kredit portfeli 17% böyüyüb

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan banklarının kənd təsərrüfatısahəsinə verilmiş biznes kredit portfeli 1,805 milyard manat təşkiledib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 5 milyonmanat (0,3%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 263milyon manat (17%) artıb.

Belə ki, kənd təsərrüfatı sahəsi üzrə banklar tərəfindənverilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 1,810miyard manat, ötən ilin iyunun 1-nə isə 1,542 milyard manat təşkiletmişdi.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda banklarınkredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kreditportfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyardmanatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipotekakreditləri təşkil edib.

Chosen
140
1
az.trend.az

10Sources