EN

Çempionlar Liqası: ”Azərreyl”in rəqibi bəlli olub

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanı kişi voleybolçular arasında Çempionlar Liqasında təmsil edəcək “Azərreyl”in rəqibi bəlli olub.

AZƏRTAC-ın məlumatına görə, “dəmiryolçular” I təsnifat mərhələsində Serbiyanın “Radniçki” komandası ilə qarşılaşacaq.

Mərhələnin ilk oyunları 21-23 oktyabrda olacaq. Bakı klubu rəqibi ilə ilk matçını evdə keçirəcək.

Chosen
40
1
azertag.az

2Sources