EN

Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq

Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq.

Report”un Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, FETÖ-çülərin Türkiyəni çevirmək istədiyi bataqlıq xalq tərəfindən qurudulub:

“Bir tərəfdə xalqımız qəhraman şəkildə mübarizə apararkən, digər tərəfdə “artıq gecdir”, “bu, tamaşadır” deyərək xalq arasında çaxnaşma yaratmağa çalışırdı. “Birindən nur axar, birindən kir” misralarının reallığını həmin gecə gördük. Bütün bu baş verənlər xalqın yaddaşından silinməyib və silinməyəcək. 15 iyul qələbəsinə kölgə salmağa çalışanlar daim utanc hissi ilə xatırlanacaq”.

Türkiyə Prezidenti vurğulayıb ki, terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq:

“Türkiyə tezliklə layiq olduğu yeri alacaq”.

Chosen
19
5
report.az

10Sources