EN

"Neftçi" Venesuela millisinin üzvü ilə gücləndi

“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

Operativ Media xəbər verir ki, Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

Chosen
49
15
operativmedia.az

10Sources