EN

Kurban Berdiyevin bəyəndiyi futbolçu barədə qərar verildi

“Turan Tovuz” transfer çalışmalarını davam etdirir. Tovuz klubu heyətini yeni futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.

Bölgə təmsilçisi “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadəni heyətinə cəlb etmək istəyib.

Kurban Berdiyev 19 yaşlı oyunçunun çıxışını bəyənir. Bu səbəbdən də onun icarəyə götürlməsini istəyib.

Ancaq “kimyaçılar” “Turan Tovuz”un bu istəyini geri çevirib. Sumqayıt təmsilçisi gənc yarımmüdafiəçini komandada saxlamağa qərar verib. 

Xatırladaq ki, U-19 millimizin üzvü “İmişli” və “Şamaxı” klubunun maraq dairəsindədir.

O, ötən mövsüm “Sumqayıt”ın heyətində 15 oyun keçirib və bir qol vurub.

Həsən Quluzadə / İdmanxeber.az 

Chosen
442
4
idmanxeber.az

10Sources