Son vaxtlar paytaxtda taksi minik avtomobili ilə bağlı müəyyən qaydalar tətbiq olunur.
Hətta onlar test imtahanına belə cəlb olunurlar. Ancaq bəzi sərnişinlər ”manatlıq” taksilərin fəaliyyətinin qadağan olunması ilə razılaşmır, belə taksilərlə daha ucuz qiymətə mənzil başına çatdıqlarını bildirirlər.
Qeyd edək ki, hazırda bəzi ərazilərdə də hazırda həmin “manatlıq” taksilərə rast gəlmək mümkündür. Bəs “manatlıq” taksilərin fəaliyyəti qanunidirmi?
“Cebheinfo.az” xəbər verir ki, hüquqşünas Kazım Ələkbərzadə bununla bağlı danışıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 324. 2. maddəsinə əsasən, bu kimi hallara görə 50 manat məbləğində cərimə tətbiq olunur.