EN

114 yaşı marafonçunu maşın vurdu

BAKI, 15 iyul. TELEQRAF

Dünyanın ən yaşlı marafonçusu Fauca Sinqxi Hindistanda maşın vurub.

Teleqraf-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Sinqx evinin yaxınlığında yolu keçərkən avtomobil tərəfindən vurulub. O xəstəxanaya çatdırılsa da, avtomobilin zərbəsi nəticəsində aldığı xəsarətlərdən olüb.

Hindistan polisi cinayətkarı axtarmağa başlayıb.

Xatırladaq ki, Sinqxin 1911-ci ildə Hindistanda doğulduğu güman edilir. O, ayaqları zəif olduğu üçün beş yaşına qədər yeriyə bilməyib və uzun illər qaçmağı ağlına belə gətirməyib. O, yalnız 89 yaşında marafonlara azarkeşlik edib.

Sinq ilk dəfə marafona 2000-ci ildə qatılıb. Üç il sonra o, 5 saat 40 dəqiqəlik şəxsi rekordunu müəyyənləşdirib. 2011-ci ildə isə ilk dəfə yüz yaşına çatmış marafonçu kimi tarixə düşüb. Sinqx 2012-ci ildə London Olimpiadasında məşəli daşımaq şərəfinə layiq görülüb. Bir il sonra, 101 yaşında o, atletik karyerasını başa vurub.

Chosen
52
1
teleqraf.com

2Sources