EN

Sabiq deputat müğənniyə "təpinib": "Toyxana sahəsində bir mafiya yaranıb"

“Bu yaxınlarda müğənnilərdən birinə zəng edib nəvəmin toyuna dəvət etdim. O, narahat olmayın, gələrəm demək əvəzinə, meneceri ilə danışmağı tövsiyə etdi. Halbuki, mənim yazdığım şeirlərə bəstələnmiş mahnıları oxumaqla məşhurlaşmışdı. Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də. Beş mahnı oxuyan kimi elə bilirlər əlçatmaz ulduz olublar. Qiymətlərini qaldırırlar, davranışlarını dəyişirlər. Bu cür münasibət düzgün deyil”.

Mia.az -ın məlumatına görə, bunu Musavat.com-a açıqlamasında sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı toy biznesində qiymətlərin süni şəkildə artırılmasından danışarkən deyib.

Chosen
57
mia.az

1Sources