Səudiyyə Ərəbistanı Pro Liqası klubları Darvin Nunes üçün hərəkətə keçib. 

Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu 1 ay "Napoli"dən təklif gözləsə də, istədiyinə nail olmayıb. Neapol təmsilçisi yeni hücumçu kimi Lukkanı heyətinə cəlb etməyə yaxındır. 

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, ərəblər "Liverpul" klubuna təkliflər irəli sürüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları ilin əvvəlində - yanvarda Darvini transfer etməyə yaxın idilər. 26 yaşlı hücumçunun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.