EN

“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid


“Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə və xurafata qarşı mübarizə aparmaq olub”. Baki-xeber.com-un məlumatına görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın açılış mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

R.Məcid vurğulayıb ki, indi də jurnalistlərin bu missiyası davam edir: “Ona görə dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır. Şamaxının ab-havası, ruhani iqlimi isə elədir ki, bura qısa müddətlik gəlsək də bu ab-hava bizi tərk etməyəcək”.
İradə SARIYEVA

Chosen
71
1
baki-xeber.com

10Sources