EN

Din xadimləri çox diqqətli olmalıdırlar - Vüsalə Mahirqızı

"Media dini mövzulara həm dövlət-din konsepsiyası, həm dini mövzularda maarifləndirmə, həm də dini manipulyasiya cəhdlərinə qarşı mübarizə konsepsiyasından yanaşmalıdır".

Bunu APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransdakı çıxışı zamanı deyib.

Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dinin sağlam şəkildə qorunduğu nadir ölkələrdən biridir: "Azərbaycanda insanların dini həssas hissləri, müqəddəs dəyərləri siyasi istifadə vasitəsinə çevrilmir. Əksinə, daim maarifləndirmə siyasətin dini məkanlara nüfuz etməməsi ilə bağlı olub".

Vüsalə Mahirqızı vurğulayıb ki, Azərbaycan İslami dəyərlərin, dini kimliyin qorunmasında nümunə ölkədir:

"Konstantinopolun fəthindən sonra Sultan Fateh Mehmet İstanbulun müsəlman türklərin ocağına çevrilməsinin təsdiqi olaraq məscidlər inşa edirdi. İstanbul İslam mədəniyyətinin nadir dini abidələrinin olduğu mərkəzə çevrilirdi. Yeni dövrdə bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür. Diqqət edirsinizsə, Prezidentin işğaldan azad olunan ərazilərimizdə ilk inşa etdiyi abidə məscidlərdir. Bu məscidlər Qarabağ və Şərqi Zəngəzurda bizim milli və dini kimliyimizin təsdiq abidələridir. O minarələrdən yüksələn azan səsi bizim orda olduğumuzu hər gün sərhədin o üzünə xatırladır. Fikrimcə, bu təkcə Azərbaycan üçün deyil, İslam dünyası üçün böyük xidmət, böyük bir yaddaş yenilənməsidir. Bunu edən lider isə İlham Əliyevdir. Fikrimcə, bu nüanslar təkcə mediada yox, elə din xadimlərimizin çıxışlarında da vurğulanmalıdır".

Vüsalə Mahirqızı media ilə ölkədəki dini qurumlar, həmçinin İlahiyyat İnstitutu arasında dialoqunun daimi olmasının vacibliyini vurğulayıb.

Chosen
1
2
aznews.az

3Sources