EN

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün üçüncü yoxlama oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli “Çorum”la qarşılaşıb.

Oyun komandamızın qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra iki dəfə fərqlənən "Zirə" üstünlüyünü sonadək qoruyub.

Yoxlama oyunu

15 iyul

17:00. “Zirə” - “Çorum” (Türkiyə) - 2:0

Qollar: Abdul Aziz Batibie, 60. Şahmar Aşurov, 71

Fanatik Tur Meydançaları

Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü"nə (2:1) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə “Qarabağ”a 0:4 hesabı ilə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
96
8
bizim.media

6Sources