EN

Parklanma yerində əyləci çəkməyən 73 yaşlı qadın sürücü maşının altında qaldı - VİDEO

“Zəngəzur dəhlizi”nin özəl şirkətə verilməsi ilə bağlı Amerika-Türkiyə təşəbbüsü Ermənistanın suverenlikdən məhrum edilməsinin və Türkiyənin təsir dairəsinə daxil edilməsinin məntiqi davamıdır. Avtosfer.az "yenisabah"a istinadən xəbər verir ki, bunu “Kavkazar” teleqram kanalı yazıb. “Əsas nəzarət alətləri türklərin əlində olacaq. Ermənistan ərazisindən mümkün tranzitdən əldə olunan gəlir isə Amerika şirkətinə veriləcəkş Ona görə də Ermənistan hakimiyyətinin kommunikasiyaların açılmasının ermənilərə fayda gətirəcəyi barədə xəbərlər sadəcə nağıldır. Ondan başqaları faydalanacaq. Bu, Rusiyanı bölgədən sıxışdırmağın nəticısudir. Bununla belə, dəhlizin hələ də tikintisinə ehtiyac var və dağlıq ərazidə bu, son dərəcə çətin işdir”, - “Kavkazar” qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib ki, ABŞ iki Qafqaz ölkəsi arasında dalana dirənmiş diplomatik danışıqları irəlilətmək məqsədilə Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişin rəsmi imzalanmasına qədər bir sıra əlavə şərtlərdə israr etməkdə davam edir. Azərbaycan İrəvandan konstitusiyaya dəyişiklik etməyi tələb edir. Əsas maneələrdən biri Azərbaycanı Ermənistan ərazisindən keçməklə öz Naxçıvan eksklavı ilə birləşdirəcək “Zəngəzur dəhlizi” adlanan layihə olaraq qalır. Ermənistan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən imtina edərək, onun Sünik kimi tanınan suveren Ermənistan ərazisi ilə bağlı qəbuledilməz konnotasiyalar olduğunu iddia edir. Azərbaycan israr edir ki, dəhlizə tam nəzarət Ermənistana verilməsin. Ermənistan da marşruta nəzarətin istənilən üçüncü tərəfə verilməsinin qəti əleyhinədir. 32 kilometr uzunluğundakı dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasına mühüm maneəyə çevrilib. "Onlar 32 kilometr yol üzərində mübahisə edirr, ABŞ isə bu ərazini 100 illik möhlətlə icarəyə götürmək istəyir”, – deyə Barak vurğulayıb.

Chosen
34
avtosfer.az

1Sources