EN

Lavrov: Rusiya Trampın niyyətini anlamağa çalışır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Pekində keçirilən görüşündən sonra təşkil olunan mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı gömrük rüsumları ilə hədələrinə münasibət bildirib. Lavrov qeyd edib ki, Moskva Trampın bu bəyanatlarının arxasında nə kimi motivlərin dayandığını başa düşmək istəyir.

KONKRET.az xəbər verir ki,nazir bildirib ki, Trampın son ultimatumları onun Avropa İttifaqı və NATO-nun hazırkı rəhbərliyi tərəfindən “açıq və qeyri-etik təzyiq altında” olduğunu göstərir. Eyni zamanda, Lavrov əminliklə bildirib ki, Rusiya heç vaxt milli maraqları bahasına güzəştə getmir və özünün müəyyən etdiyi strateji kursu davam etdirəcək. Onun sözlərinə görə, Rusiya sanksiyalara qarşı indiyə qədər necə tab gətiribsə, bundan sonra da öhdəsindən gələcək.

XİN rəhbəri onu da vurğulayıb ki, Trampın təzyiqlərinə baxmayaraq, Rusiya ilə ticarət əlaqələri olan ölkələr öz öhdəliklərindən imtina etməyəcək, əksinə, belə sanksiyaların ziyanı əksər hallarda elə onların müəlliflərinə dəyir. Lavrov bu kontekstdə “başqasına quyu qazma” məsəlinə istinad edib.

Nazir həmçinin qeyd edib ki, Avropa liderləri Ukraynaya Rusiya ilə danışıqlar aparmağı qadağan edirlər. Onun sözlərinə görə, Ukrayna tərəfi artıq üçüncü danışıqlar raundundan belə danışmır, hətta bu məsələdə danışıqlar heyəti də dəyişib.

Natiq Səlim,
KONKRET.az

Chosen
15
konkret.az

1Sources