EN

ABŞ Ukraynaya uzaqmənzilli raketlər vermək niyyətində deyil

Vaşinqton Ukraynaya uzaqmənzilli raketlərin verilməsini planlaşdırmır.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz bunu etməyi düşünmürük”, – deyə Tramp bildirib.

Qeyd edək ki, daha öncə "Financial Times" qəzeti mənbələrə istinadən yazmışdı ki, Tramp iyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində "ATACMS" tipli uzaqmənzilli raketlərin Kiyevə göndərilməsinin mümkünlüyünü müzakirə edib.

Chosen
12
3
apa.az

4Sources