EN

ABŞ Ukraynaya uzaqmənzilli raketlər vermək niyyətində deyil

Vaşinqton Ukraynaya uzaqmənzilli raketlərin verilməsini planlaşdırmır. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

“Biz bunu etməyi düşünmürük”, – deyə Tramp bildirib. 

Qeyd edək ki, daha öncə "Financial Times" qəzeti mənbələrə istinadən yazmışdı ki, Tramp iyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində "ATACMS" tipli uzaqmənzilli raketlərin Kiyevə göndərilməsinin mümkünlüyünü müzakirə edib.

Chosen
5
3
missiya.az

4Sources