EN

ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək

Çin avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitini keçirəcək.

Operativ Media xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ŞƏT-nin baş katibi Nurlan Yermekbayevlə birgə mətbuat konfransında bildirib.

“ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək”, - deyə Çin Xarici İşlər Nazirliyi öz saytında onun sözlərini sitat gətirib .

Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri sammitdə iştirak edəcəklər.

Chosen
51
operativmedia.az

1Sources