“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edilib.
Publika.az xəbər verir ki, karikaturanın ideya müəlliflərindən biri siyasi şərhçi Fuad Ələkbərov, çəkən isə məşhur karikaturaçı Omar Momanidir.
Momani "Facebook"da etdiyi paylaşımına “Qurban Qurbanov - həqiqi Qarabağ əfsanəsi” şərhini yazıb.
Karikaturada Qurban Qurbanov at belində təsvir olunub. O, Roma imperatoru Yuli Sezara bənzədilib.