EN

3 həftədir davam edən öskürəyiniz varsa, diqqətli olun!

 3 həftədən uzun davam edən öskürək bronxit əlaməti ola bilər.

 

Pravda.az xatırladır ki, bronxit nəfəs yollarının iltihabıdır. Ən çox yayılmış növü, viral infeksiyaların səbəb olduğu və əsasən uşaqlarda görülən kəskin bronxitdir. Xroniki bronxit isə daha çox siqaret istifadəsi ilə əlaqələndirilir.

 

Əsas simptomlar:

 

Uzunmüddətli öskürək,

 

Bəlğəm (yaşıl və ya sarı),

 

Burun tıxanıqlığı, boğaz və baş ağrısı,

 

Xırıltılı nəfəsalma, nəfəs darlığı.

 

Xroniki hallarda yorğunluq, dəri rəngində göyərmə də müşahidə oluna bilər.

 

Nə zaman həkimə müraciət etməli?

 

Öskürək 3 həftədən çox davam edirsə,

 

Hərarət 5 gündən artıq keçmirsə,

 

Nəfəsalmada çətinlik və xırıltı varsa,

 

Öskürək çox şiddətlidirsə və balgabəlğəmlidirsə.

 

Müalicə:

 

Bronxit müalicəsində məqsəd simptomları yüngülləşdirməkdir. Bronkodilatator dərmanlar, ağır hallarda isə iltihabəleyhinə kortikosteroidlər istifadə olunur.

 

Əminə Bayramova

Tarix: 16 İyul 2025, 09:15   
Chosen
54
15
pravda.az

10Sources