EN

İsrail Suriyadakı hərbi hədəflərə hücumları dayandıracaq

İsrail ordusu Suriyadakı hərbi hədəflərə hücumları dayandıracaq.

“Axios” portalının müxbiri yazır ki, bunu ABŞ prezidenti Donald Trampın administrasiyası tələb edib. Bundan əvvəl Suriya hakimiyyəti asayişi bərpa etmək üçün druzlar və bədəvilər arasında toqquşmaların getdiyi Əs-Suveyda bölgəsinə tanklar göndərilməsi barədə İsraili məlumatlandırıb.

İsrail daha əvvəl Suriyada druzları qorumağa ehtiyac gördüyünü bildirmişdi.
Qeyd edək ki, bir gün əvvəl İsrail ordusu Əs-Suveyda və Dəraa bir neçə raket zərbəsi endirib.

//Samir Qurbanov, Editor.az

Chosen
54
editor.az

1Sources