Dünən axşam saatlarından Abşeron rayon Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.BUTA.TV xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə qəza baş verib: “Hazırda ərazidə təmir işləri aparılır. Qəza bu gün aradan qaldırılacaq”.