EN

Rusiyanın Xabarovsk diyarında itən "Mi-8" helikopteri tapılıb, ölənlər var - YENİLƏNİB

Rusiyanın Xabarovsk diyarında itkin düşən Mi-8 helikopterindəki 5 nəfərin hamısı həlak olub.

Bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə uçuş zamanı təpəyə çırpılıb və heç kim sağ qalmayıb.

Bölgə İstintaq Komitəsi iki və ya daha çox insanın ölümü ilə nəticələnən təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

06:28
Rusiyanın Xabarovsk diyarının Oxotsk kəndindən Maqadana gedərkən itkin düşən helikopter tapılıb.

Bu barədə TASS-a Uzaq Şərqin əməliyyat xidmətlərindən bildirilib.

Göyərtədə olan beş nəfərin vəziyyəti barədə məlumat verilmir.

İyulun 15-də "Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk kəndindən Maqadana uçarkən itkin düşüb. Helikopterdə üç ekipaj üzvü və iki texniki işçi olub. Onlar təmir işlərini bitirdikdən sonra təyinat yerinə uçurmuşlar.

"Rosaviasiya" pis hava şəraiti ilə əlaqədar axtarışları dayandırmışdı.
 
 

Chosen
31
4
7news.az

6Sources