EN

Berdiməhəmmədov Bakıdadır: Azərbaycan və Türkmənistan əsas istiqamətlər

Bakı. Trend:

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovbu gün Azərbaycana səfər edib. Səfər həm zaman, həm də məzmunbaxımından əlamətdardır, belə ki, hal-hazırda ikitərəflimünasibətlər nəzərəçarpacaq yüksəliş mərhələsindədir.

Bakı ilə Aşqabad arasında əməkdaşlıq bir neçə əsas istiqamətüzrə inkişaf edir – enerjidən və logistikadan tutmuş siyasiəlaqələndirmə və humanitar təmaslara qədər. Görünən odur ki,yaxınlaşma kursu getdikcə sabit və qarşılıqlı faydalı səciyyəalır.

Son illərin ən parlaq diplomatik irəliləyiş nümunələrindən birimübahisəli “Kəpəz/Serdar” yatağının “Dostluq” adlandırılmasıdır. Buaddımla tərəflər Xəzərdə birgə enerji əməkdaşlığına yolaçdılar.

2021-ci ildən etibarən qarşılıqlı anlaşma haqqında memorandumunimzalanmasından sonra Bakı və Aşqabad bu perspektivli neft-qazyatağının kəşfiyyatı və işlənməsi istiqamətində əməkdaşlığı ardıcılşəkildə inkişaf etdirirlər. 2023-cü ilin noyabrında tərəflərSOCAR-ın Türkmənistanın digər yataqlarındakı layihələrdə iştirakınımüzakirə ediblər ki, bu da öz növbəsində etimadın artmasından vəuzunmüddətli planlardan xəbər verir.

İkitərəfli gündəlikdən əlavə, Azərbaycan və Türkmənistan Türkiyəilə üçtərəfli formatda mövqelərini getdikcə daha çox uzlaşdırırlar.Söhbət Xəzər dənizinin statusundan tutmuş Avropaya enerjiresurslarının etibarlı çatdırılma marşrutlarının yaradılmasınaqədər strateji əhəmiyyətli məsələlərdən gedir.

Müəyyən disbalansların müşahidə olunmasına rəğmən, iqtisadisahədə isə inkişaf sabitdir . Belə ki, 2024-cü ildə AzərbaycanlaTürkmənistan arasında ticarət dövriyyəsi 383,7 milyon dollar təşkiledib. 2025-ci ilin ilk beş ayı ərzində bu göstərici 118,5 milyondollara çatıb. Bunun 99,2 milyon dolları Türkmənistandan idxalın,cəmi 19,2 milyon dolları isə Azərbaycandan ixracın payınadüşür.

Eyni zamanda Türkmənistandan tədarüklərdə kəskin azalma müşahidəolunur. Ekspertlər bunu xammal bazarlarında dalğalanmalar vəlogistik çətinliklərlə əlaqələndirirlər. Bununla belə, potensialyüksək olaraq qalır – xüsusən də 2022-ci ilin dekabrında Avazadaimzalanmış ticarət-iqtisadi əməkdaşlıq haqqında üçtərəfli sazişfonunda. Həmin vaxt Avropaya qaz tədarükü məsələlərini də əhatəedən işçi qrupu yaradılmışdı.

Energetika isə ikitərəfli qarşılıqlı əlaqənin əsas hərəkətvericiqüvvəsidir. “Dostluq” yatağının işlənməsi ilə yanaşı, Azərbaycan vəTürkmənistan İran üzərindən qaz mübadiləsi sxemində də iştirakedirlər. 2025-ci ilin əvvəlindən Bakı Aşqabaddan 155,3 milyonkubmetr qaz alıb, bu alışın dəyəri 23,3 milyon dollar təşkiledib.

SOCAR öz iştirakını fəal şəkildə genişləndirir – 2023-cü ilinnoyabrında şirkət Aşqabadda nümayəndəlik açıb, oktyabrda isə“Türkmənqaz” rəhbərliyi ilə ardıcıl iki görüş keçirib. Gündəlikdə –enerji memorandumları, texnologiya mübadiləsi və mümkün birgəlayihələr yer alır.

Lakin enerji gündəliyində əsas məsələ hələ də Transxəzər qazkəməri (TXQK) olaraq qalır. Ekspertlərin 5 milyard dollar dəyərindəqiymətləndirdiyi bu layihə uzun müddətdir ki, türkmən qazınınAvropa bazarına çıxışının açarı kimi müzakirə olunur. LayihəTürkmənistanın infrastrukturunu Azərbaycan üzərindən Cənub QazDəhlizinə (SGC) birləşdirəcək və İran və Rusiya marşrutlarındanasılılığı aradan qaldıracaq.

Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika ŞərqləQərb arasında birləşdirici halqaya çevrilir. Bu baxımdan Xəzərdənizi yeni məna kəsb edir. Xüsusi fakt: son dövrdəBakı–Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9dəfə artaraq 2 362 TEU-ya çatıb.

Əsas istiqamətlərdən biri də Əfqanıstan, Türkmənistan,Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lazurit dəhlizi”(Lapis Lazuli) layihəsidir. Bu marşrut ənənəvi ticarət yollarınareal alternativə çevrilir və yeni Avrasiya nəqliyyat qovşağınıformalaşdırır.

“ADY Container” ilə Türkmənistanın logistika mərkəzi arasındaimzalanmış memorandum sübut edir ki, yükdaşıma sahəsində əməkdaşlıqdaha da genişlənəcək. Hər iki ölkə, həmçinin, İran körfəzinə çıxışıtəmin edən Aşqabad sazişinə də üzvdürlər.

Münasibətlərin humanitar ölçüsü də inkişaf edir. Təkcə 2025-ciilin yanvar-may ayları ərzində Azərbaycana 12 min nəfərdən çoxTürkmənistan vətəndaşı səfər edib – onların yarıdan çoxu turizmməqsədilə gəlib. Bu, yalnız açıqlığın göstəricisi deyil, həm dəortaq mədəni, dil və tarixi bağlarla birləşən xalqlarınyaxınlaşmasının əksidir.

Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri fonunda əminliklədemək olar ki, Azərbaycan və Türkmənistan davamlı stratejitərəfdaşlığa doğru irəliləməkdədirlər.

Energetika, nəqliyyat, ticarət, mədəniyyət – bu vektorların hərbiri yaxınlaşmanın ümumi mənzərəsini tamamlayır, bu yaxınlaşmasözdə deyil, əməldə baş verir. Köhnə marşrutların etibarlığınıitirdiyi, qlobal konfiqurasiyaların göz önündə dəyişdiyi şəraitdə,Xəzəryanı bu iki dövlət ortaq dil, ortaq maraq və getdikcə daha çoxortaq yol tapırlar.

Chosen
65
1
az.trend.az

2Sources