"Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı imtahanıdır".
Moderator.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahan artıq elektron formada keçiriləcək: "Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur".