EN

“Zirə”, yoxsa “Pendik”?

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün dördüncü yoxlama oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli “Pendik” klubu ilə üz-üzə gələcək.

Matç saat 17:30-da start götürəcək.

Yoxlama oyunu
16 iyul
17:30. “Zirə” - “Pendik” (Türkiyə)

Fanatik Tur Meydançaları

Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü" (2:1) ilə “Çorum”a (2:0) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə “Qarabağ”a 0:4 hesabı ilə uduzub.

İdman.biz

Chosen
55
1
idman.biz

6Sources