Böyük Britaniya Pakistan Beynəlxalq Hava Yollarına məhdudiyyətləri ləğv edib.
APA xəbər verir ki, bu barədə Britaniyanın İslamabaddakı səfirliyi məlumat yayıb.
Xatırladaq ki, 2020-ci ilin iyununda Pakistan Beynəlxalq Hava Yolları şirkətinə məxsus təyyarələrin Britaniyaya uçmasına qadağa qoyulmuşdu.
Qadağa Karaçidə baş verən təyyarə qəzasında 100-ə yaxın insanın həyatını itirməsindən bir ay sonra tətbiq olunmuşdu.