EN

Ankarada “Demokratiyaya sahib çıxmaq: Mülki müqavimətin gücü” mövzusunda sessiya keçirilib

Ankarada 15 İyul- Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil edilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” adlı paneldə “Demokratiyaya sahib çıxmaq: Mülki müqavimətin gücü” mövzusunda sessiya keçirilib.

“Report”un Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ sessiyada çıxışı zamanı 15 iyulu Qurtuluş müharibəsinə bənzətdiyini deyib:

“Həmin dövrdə də xalqın birliyi Türkiyənin gücünə güc qatdı, Cümhuriyyət elan olundu, 2016-cı ildə də xalq prezidentinin ölümü gözə aldığını görüb meydanlara axın etdi və azadlığımızı terrorçulara qurban etmədi. İyulun 15-də qəıəbə qqzandıqdan sonra Türkiyə ordusunu yenidən qurdu. Bəzi hərbi hissələr bağlandı, bəzilərinin yerinin dəyişdirilməsi barədə qərar qəbul edildi. Orduda mülki iradə gücləndirildi. Ən böyük islahat isə xalqa prezident seçmə haqqı verməyimiz oldu”.

Jurnalist Hande Fırat isə söyləyib ki, jurnalistin fövqəladə vəziyyətlərdə insanları düzgün məlumatlandırmalı, bunun üçün isə ilk olaraq özü dəqiq məlumat əldə etməlidir:

“FETÖ tərəfdarları xaricdə türkdilli nəsillər yetişdirərkən Türkiyədə gənclərin beyinlərini yuyurdular. İnsan olan, həqiqətən, Türk Silahlı Qüvvələri sıralarında olan öz vətəndaşını 15 iyul gecəsi silah doğrultmazdı. Bu, təkcə çevriliş yox, terror hücumu idi. Həmin gecə onlar sosial mediadan istifadə edərəl “Ərdoğan öldü”, “Ərdoğan qaçdı” kimi yalan xəbərlər yaydılar. Biz isə Türkiyə Prezidenti ilə əlaqə saxlayaraq ekrandan xalqa müraciətini yayımladıq və xalq həqiqəti gördü. Ona görə də soaial mediaya aldanmamaq, jurnalostləri izləmək lazımdır”.


Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin baş koordinatoru (SETA) Nebi Miş, öz növbəsində, 15 iyulun bir işğal cəhdi oldiğunu bildirib:

“FETÖ necə oldu ki, bir çevriliş cəhdi ilə Türkiyəni ələ keçirə biləcəyini düşündü? Çevriliş etmək yemək bişirməyə bənzəyir, amma çevrilişə cəhd edənlə uğursuz olduqda yemək boşqabı ilə birlikdə başqa şeyləri də yeməli olduqlarını bilməlidirlər. FETÖ tərəfdarlarına türk xalqı bunu göstərdi. FETÖ 15 iyuldan əvvəl iqtidarı demokratik olmayan yollarla devirməyə çalışdı, cəmiyyətdəki fərqli etnik qruplar arasında gərginlik yaratmağa cəhd göstərdi. Ancaq millətimiz bu planları puça çıxardı”.

Chosen
34
report.az

1Sources