EN

Heyvan dişləməsinə məruz qalan şəxs dərhal quduzluq əleyhinə vaksin vurdurmalıdır - SN

Bakı.Trend:

Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılıolmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluqəleyhinə vaksin vurdurmalıdır.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında canlı yayımda nazirliyin Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsininmüdiri Aytəkin Qurbanova bildirib.

A.Qurbanova qeyd edib ki, quduzluq virusu insanlar üçün həyatıtəhlükəsi olduğundan, zədələnmənin lokalizasiyasından asılı olaraq,antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabikimmunoqlobulin də vurulur.

Onun sözlərinə görə, yuxarı lokalizasiyalı zədələnmələrdə vəquduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarındaantirabik vaksinlə yanaşı, antirabik immunoqlobulindəndə istifadəedilir. Eyni zamanda, tetanus xəstəliyindən qorunmaq üçün tetanusəleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruzqalan şəxsin müalicə kursu tibb müəssisəsində həkim - cərrahtərəfindən təyin edilir.

Xəstə məlum heyvan dişləməsinə məruz qaldıqda və o heyvan 10 günmüddətində sağ qaldıqda, şərti müalicə kursu təyin edilir: “Əgərheyvan naməlumdursa və ya məlum olan halda belə 10 gün müddətindəölmüşdürsə, o zaman xəsarət alana qeyri-şərti müalicə kursu təyinedilir”.

A.Qurbanova bildirib ki, şərti müalicə zamanı xəstəyəzədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur: “Qeyrişərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləriantirabik vaksin vurulur. Qeyd edim ki, bu iynələrin hər biriəzələdaxilinə yeridilir”.

Məqalədə:
Chosen
87
1
az.trend.az

2Sources