"Zirə" bu gün Türkiyədə növbəti yoxlama görüşünə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovu rəhbərlik etdiyi kollektiv "Pendikspor"la üz-üzə gələcək. Matça saat 17.00-da start veriləcək.
“Zirə” bundan əvvəl “Keçiörəngücü”nü (2:1), “Əl-Hüseyn”i (1:0) və “Çorum”u (2:0) məğlub edib. "Qartallar" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19.30-da "Neftçi Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23.00-da “Polyud Stadium”da start götürəcək.