Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu, barəsində hökumət nümayəndəsinə qarşı zorakılıq işi açılan Mutvalı Şıxlinski məhkəmədə hökumət rəsmisinə qəsdən zərər vurmadığını və baş verənlərdən təəssüfləndiyini bildirib.
Bakues.az TASS-a istinadən xəbər verir ki, o, növbətçi işçiyə niyə zərər vurulması ilə bağlı sualı cavablandırarkən deyib:
“Bu, qəsdən olmayıb. Onu görməmişəm, sağımda olub, sonradan məlum olub. Baş verənlərdən çox təəssüflənirəm”.