EN

Kreml nüvə doktrinasının müddəalarını xatırlatdı: “Hər biri qüvvədədir”

Rusiya nüvə doktrinasının bütün müddəaları, o cümlədən nüvə ölkələrinin qeyri-nüvə olmayan ölkələri “təhrik etmək” məsuliyyəti qüvvədə qalır.

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xatırladıb. 

"Nüvə doktrinası qüvvədədir və buna görə də onun bütün müddəaları realdır. Bununla əlaqədar Moskva bütün maraqlı tərəfləri birbaşa Rusiya-Ukrayna danışıqları aparmaq üçün Kiyevə təzyiq göstərməyə çağırır", Kreml nümayəndəsi qeyd edib.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan etmişdi ki, Qərbin ölkənin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaradan qeyri-dost hərəkətləri halında Rusiya nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Onun sözlərinə görə, Moskva bu hərəkətləri Rusiyanın Milli Təhlükəsizlik Strategiyası çərçivəsində edə bilər.

Aqil

Chosen
72
news24.az

1Sources