EN

Yayda avtomobil kondisionerindən düzgün istifadə - Özümüzü və maşınımızı necə qoruyaq?

Avtomobil kondisionerləri xüsusilə isti havalarda avtomobilin iç temperaturunu tənzimləməklə yanaşı, daxil olan havanı da süzərək təmizləyir və onun nəmini azaldır. Səfər zamanı sizi sərinlədən bu qurğudan düzgün istifadə həm də onun səmərəliliyini artırır. 

Sağlamlıq, performans və uzun ömürlülük baxımından avtomobil kondisionerindən istifadə zamanı nələrə diqqət etmək lazımdır? 

Valyuta.az bu sualların cavabını təqdim edir:

Filtr və kondisioner qazını yoxladın

Avtomobil kondisionerinizdə heç bir problem olmasa belə, ildə ən azı bir dəfə texniki baxışdan keçməlidir. Bu baxış, avtomobildəki sistem və əməliyyatların yoxlanılmasını təmin edir, eyni zamanda polen filtrinin təmizlənməsi ilə nəticələnir.

Filtrlərdə toplanan polen, torpaq, toz və kirin təmizlənməsi sağlam istifadə üçün vacibdir. Xüsusilə yaz və yay aylarında rast gəlinən allergiyalara qarşı ən praktik həll yoludur. Həm cihazın performansını artırır, həm də sağlam bir səfər imkanı yaradır.

Avtomobili işə saldıqdan sonra 1-2 dəqiqə şüşələri açıq saxlayın

Avtomobili işə saldıqda kondisioner avtomatik olaraq işləməyə başlaya bilər. Bu anda avtomobili işə saldıqdan dərhal sonra şüşələri açmalı və ən azı 1-2 dəqiqə açıq saxlamağa diqqət etməlisiniz. Əgər kondisioner manuel işləyirsə, avtomobili havalandırdıqdan sonra onu işə salmalısınız.

Bu tədbir kondisionerdə yığılan çirkli və ya pis qoxulu havanın avtomobildən çıxarılmasını asanlaşdırır. Sağlamlıq baxımından mümkün mənfi halların qarşısını alır.

Avtomobilinizi kölgəli yerdə saxlayın

Xüsusilə günəşin altında uzun müddət qalan avtomobilin iç temperaturu yüksəlir. Bu səbəbdən kondisioneri işə salmazdan əvvəl avtomobilin şüşələri bir müddət açıq saxlanmalıdır. Buradakı məqsəd kondisionerin çöl temperaturu ilə tarazlanmasıdır.

Yəni, günəşin istiliyini birbaşa avtomobilin içinə düşməsinin və həddindən artıq qızmanın qarşısını almaq lazımdır. Bu baxımdan avtomobili kölgəli bir əraziyə park etmək sizə böyük üstünlük verəcək. Bu tövsiyə yalnız yayda deyil, qış aylarında da tətbiq edilməlidir.

Avtomobilin soyumasını gözləyin

Davamlı olaraq kondisioneri işə salmaq əvəzinə, xüsusilə qısa məsafələrdə işlətməmək tövsiyə olunur. Qısa məsafədə avtomobilin iç temperaturu lazımınca soyumaya bilər. Buna görə avtomobilin soyumasını gözləmək önəmlidir. Yeterli qədər soyuyan hava, avtomobil daxilində dövr edər və bu da həm yanacaq sərfiyyatını azaldar, həm də daha təhlükəsiz sürüş təcrübəsi təmin edər.

Soyutma sistemini mütəmadi yoxlayın

Yay aylarında temperaturun artması avtomobilin motorunun istilik səviyyəsini ciddi şəkildə artırır. Bu səbəbdən avtomobilinizin mühərrikinin soyutma sistemini mütləq yoxlamalısınız. Nəzarət olunmayan soyutma sistemi motor gücündə problemlərə yol aça bilər.

Kondisioner havasının istiqamətini doğru tənzimləyin

Avtomobil kondisionerindən düzgün istifadə edilməməsi, üz iflici, qulaq iltihabı, baş ağrısı və soyuqdəymə kimi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu narahatlıqların əsas səbəbi, kondisioner havasının birbaşa üzə, sinəyə və ya çiyinlərə yönəldilməsidir.

Xüsusilə yay aylarında bu cür yanlış istifadə insana ağır travma yarada bilər. Bu risklərin qarşısını almaq üçün kondisioner havasını ön şüşəyə yönəltmək tövsiyə olunur. Havanın düzgün istiqamətləndirilməsi ilə həm ön, həm də arxa oturacaqda əyləşən sərnişinlər bərabər şəkildə faydalana bilər.

Kondisioneri daim olaraq açıq saxlamayın 

Kondisioneri davamlı olaraq açıq saxlamaq əvəzinə, aralıqla istifadə etmək və ya təbii küləkdən yararlanmaq daha sağlamdır. Bu həm də enerjiyə qənaət edərək yanacaq xərclərini azaldır.
Kondisioneri açdıqda onu mütəmadi olaraq söndürmək, daxili hava sirkulyasiyası rejimindən istifadə etməklə kondisionerin havanı daha sürətli soyutmasına imkan verir. Amma bu rejim uzun müddət istifadə olunarsa, avtomobil daxilindəki oksigen səviyyəsi azala bilər. Ona görə də bu rejimi qısa müddət istifadə etmək daha faydalıdır.

Mütəxəssislər sağlam istifadə üçün kondisioner temperaturunun orta hesabla 24-26 dərəcə arasında olmasını tövsiyə edir. Beləliklə, yayda kondisionerdən daha səmərəli istifadə etməklə rahat və konfortlu bir səfər keçirə bilərsiniz.

Günay

Chosen
51
1
valyuta.az

8Sources