EN

İsrail Suriyanın Prezident Sarayını bombaladı

Suriyanın Sveyda şəhərində druzlarla hökumət qüvvələri arasında baş verən qarşıdurmaya İsrail birbaşa müdaxilə edib. Metbuat.az xəbər verir ki, İsrailin müdafiə naziri Katz druzlara dəstək veriləcəyini bildirib və Suriyada səfərbərlik elan edilib. İsrailin döyüş təyyarələri Dəməşqdə Müdafiə Nazirliyinin binasını vurduqdan sonra Suriyanın Prezident Sarayına da raketlər atıb. Hücum zamanı Prezident Əhməd əl-Şaraanın sarayda olub-olmadığı açıqlanmayıb. Hücumlardan sonra Suriya Prezidenti Əhməd Şaraa bəyanat verib.

Şaraa bəyan edib ki, o, paytaxt Dəməşqdə qalacaq və vətəninin hər qarışını müdafiə etməyə davam edəcək.

Chosen
58
metbuat.az

1Sources