Madaqaskar millisinin hücumçusu, “Səbail”in sabiq futbolçusu Aleksandr Ramalinqom bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilir ki, 2025/2026-cı illər mövsümü üçün heyətini formalaşdırmağa çalışan “Sumqayıt” bu gün daha bir futbolçunun keçidini reallaşdırıb. Sözügedən klub son olaraq İsrailin “Bney Saxnin” komandasında çıxış etmiş Aleksandr Ramalinqomla 1+1 illik müqavilə bağlayıb. 32 yaşlı madaqaskarlı hücumçu “Sumqayıt”ın heyətində 9 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Aleksandr Ramalinqom ölkəmizdə daha öncə “Səbail”in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.
“Səbail” daha öncə Pedro Pinto, Aleksa Yankoviç və Rauf Rüstəmlini də heyətinə qatmışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli və Uğur Cahangirov isə komandanı tərk ediblər. İsa Suliman və Roi Kehatla da yeni müqavilə imzalanıb.