"Sumqayıt" madaqaskarlı hücumçunun transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu sıralarına cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla "1+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, Ramalinqom 2022-2023-cü illərdə "Səbail"də çıxış edib.