EN

Zelenski yeni hökumətin tərkibini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski Xalqın Xidmətçisi Partiyasından olan deputatlarla görüşündə yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya parlamentdəki mənbələrdən məlumat verilib.

Mənbənin sözlərinə görə, Zelenski namizədlərin siyahısını oxuyub:

Yuliya Sviridenko - Baş nazir;

Denis Şmıqal - müdafiə və strateji sənaye naziri;

Mixaylo Fedorov - Baş nazirin birinci müavini;

Taras Kaçka - Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini;

Aleksey Sobolev - iqtisadiyyat, aqrar siyasət və ekologiya naziri;

German Qaluşenko - ədliyyə naziri;

Svetlana Qrinçuk - energetika naziri;

Denis Ulyutin - sosial siyasət naziri;

Mədəniyyət naziri ilə bağlı məsləhətləşmələr aparılır.

Yerdə qalan nazirlər isə öz vəzifələrini qoruyacaqlar.(axar.az)

Chosen
48
9
olke.az

10Sources