EN

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi məlum oldu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, İrlandiyanın "Şelburn" komandasıdır.

"Şelburn" I təsnifat mərhələsində Şimali İrlandiya "Linfild"ini mübarizədən kənarlaşdırıb. Evdə 1:0 hesablı qələbə qazanmış İrlandiya təmsilçisi az öncə başa çatan səfər matçında heç-heçəyə nail olub - 1:1.

Qeyd edək ki, daha əvvəl Teleqraf "Qarabağ"ın II təsnifat mərhələsindəki oyunlarının vaxtını və saatı barədə eksklüziv xəbər yayıb.

Chosen
141
35
teleqraf.com

10Sources