Vaşinqton administrasiyası hesab edir ki, Suriyada gərginliyin azaldılması üçün rəsmi Dəməşq ölkənin cənubunda druz icmasının yaşadığı bölgədən ordusunu geri çəkməlidir.
APA xəbər verirr ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus brifinqdə bəyan edib.
“Biz Suriya hökumətini bölgədəki bütün tərəflərə gərginliyi azaltmaq və gələcək addımları müəyyən etmək imkanı vermək üçün qoşunlarını geri çəkməyə çağırırıq”, – deyə Bryus bildirib.