EN

Müharibədən qorxmuruq: Əhməd əl-Şara İsrailə meydan oxudu, druzlara müraciət etdi

Suriya hakimiyyəti druz azlığının xarici qüvvələrin işlərinə cəlb olunmasına imkan verməyəcək və Suriya xalqı müharibədən qorxmur.

Publika.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şara deyib. Bu barədə “Reuters” məlumat yayıb.

O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsinin Suriyanın prioriteti olduğunu bildirib.

Çərşənbə günü İsrailin Dəməşqə kütləvi hava hücumlarından sonra ilk televiziya çıxışında əl-Şaraa druz azlığına müraciət edib.

"Biz müharibədən qorxmuruq, lakin Suriya xalqının maraqlarını məhv olmaqdan üstün tutmuşuq. Sizin (druzların) hüquqlarınızı qorumaq bizim prioritetimizdir və sizi xarici qüvvənin əlinə çəkmək cəhdini rədd edirik", - o deyib.

Chosen
42
3
publika.az

10Sources