EN

Doğum evində faciə: 6 yaşlı uşaq körpəni yerə saldı, körpə öldü

Doğum

Fransanın Lill şəhərində yerləşən Jeanne de Flandre xəstəxanasında dəhşətli hadisə baş verib – 6 yaşlı uşaq yeni doğulmuş qızı qətlə yetirib. Hadisə barədə BFM TV xəstəxananın mətbuat xidmətinə istinadla məlumat yayıb. İnsident 11 iyulda baş verib. İlkin məlumata görə, 7 aylıq vaxtından əvvəl doğulan körpə 6 yaşlı uşaq tərəfindən qucağa alındıqdan sonra yerə düşərək başından xəsarət alıb. Ailənin sözlərinə görə, körpə huşsuz vəziyyətdə tapılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Xəstəxananın yaydığı açıqlamada bildirilir:"Bu insan faciəsi Lill Universitet Xəstəxanasının kollektivi və digər ailələr üçün sarsıdıcıdır".Hadisədən sonra valideynlərə, yaxınlara və tibb işçilərinə psixoloji yardım göstərilib. Eyni zamanda Lill prokurorluğuna rəsmi müraciət olunaraq təcili istintaqın başlanması istənilib və daxili inzibati araşdırma başladılıb.Ulusum.az

Diqqət Çəkənlər

“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi

Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir

Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür

Chosen
219
50
ulusum.az

10Sources